Metal konstruksiyalar, müasir tikinti və sənaye sektorlarında geniş istifadə olunan dayanıqlı və effektiv həllərdir. Onlar, yüksək keyfiyyətli metal materiallardan hazırlanaraq, müxtəlif strukturların, o cümlədən binaların, anbarların və istehsalat müəssisələrinin inşasında mühüm rol oynayır.
Ətraflı
Optimal planlaşdırılmış rəf sizin anbarınızın əsasını təşkil edir. Rəflər yükləri daşımaqla bırabər tələb olunduğunda dəyişikliklərə uyğunlaşdırıla biləcək şəkildə layihələndirilməlidir. Buna görə də gələcək üçün planlaşdırma ən vacibdir. Paletlərin, qabların, kartonların, eləcə də uzun malların saxlanması üçün geniş portfelimizlə biz hər şeyin öz yerində və həmişə əlçatan olmasını təmin edirik. Avtomatlaşdırılmış rəflər müasir anbar təsərrüfatında daha geniş tətbiq olunur.
Ətraflı
“STANDARD” quraşdırma komandası PIR sendviç panel, PU panel, daş yunu panel və EPS panel və s. daxil olmaqla, bütün növ sendviç panellərin quraşdırılması üzrə zəngin təcrübəyə malikdir. Biz konstruksiyanızı tamamlamaq üçün aksesuarların tam dəstini təqdim edirik. Aksesuarlar sendviç panellərinizlə birlikdə göndərilə bilər.
Ətraflı
“STANDARD” istənilən ölçülərdə soyuducu anbarların tikinti layihələrinin açar təslimi yığılması sahəsində geniş təcrübəyə malikdir, bu da müştərilərə bir podratçı ilə işləmək rahatlığını təmin edir. Müxtəlif növ soyuducu anbarlar üçün soyuducu mühitləri konseptuallaşdırma, layihələndirmə, mühəndislik, quraşdırma üçün daxili imkanlarımız var.
Ətraflı
Müasir şəraitdə tikinti xərclərinin artması yığma tikililərin sökülmə-yığma xüsusiyyətinin üstünlüklərindən dəfələrlə daha çox yararlanmağın zəruriliyini ortaya qoyur. Prefabrik strukturun istehsal mərhələsi istifadə olunan materialların keyfiyyəti, eləcə də montaj hissəsi qədər vacibdir. Prefabrik montaj əməliyyatları bu sahədə təcrübəli olan mütəxəssis personal tərəfindən aparılmalıdır. Montaj əməliyyatları səriştəli və keyfiyyətli olmalıdır.
Ətraflı
Beton, tikintidə geniş istifadə olunan bir materialdır, lakin onu daha güclü etmək üçün armaturlar əlavə olunur. Bu proses, bina və infrastrukturun dayanıqlığını artırır. "STANDARD" komandası, müasir avadanlıqlar və yüksək keyfiyyətli materiallardan istifadə edərək armaturlu beton işləri sahəsində geniş təcrübəyə malikdir.
Ətraflı